2025-ci ildə Şuşa rayonunun sosial-iqtisadi inkişafı haqqında
Ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında
2025-ci il ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilə nisbətən 43,0 faiz azalaraq 440909,5 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 174569 manat təşkil etmişdir.
Məhsulun 36561,7 min manatı sənaye sahəsində, 16522,4 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 381594,3 min manatı tikinti sahəsində, 1232,3 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 140,0 min manatı informasiya və rabitə sahəsində, 4858,8 min manatı isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur.
Sənaye. Sənaye müəssisələrində 2025-ci il ərzində məhsul istehsalı 36561,7 min manat olmuş və onun 1,0 min manatı emal sənayesinin (qida məhsullarının istehsalı), 36560,7 min manatı isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinin payına düşmüşdür.
2024-cü ildə yerinə yetirilmiş işlərin dəyəri isə 23606,9 min manat olmuşdur. 2025-ci ildə sənaye istehsalının indeksi (sabit qiymətlərlə) 2024-cü ilə nisbətən 161,3 faiz olmuşdur.
Sənaye müəssisələrində 2025-ci il ərzində 205 nəfər çalışmış və onlara 4022,1 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 1631,7 manat olmuşdur ki, bu da keçən ilə nisbətən 1,3 faiz çox olmuşdur.
Tikinti
Tikinti quraşdırma işlərinin 371798,3 min manatı dövlət mülkiyyətli, 9796,0 min manatını isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən yerinə yetirilmişdir.
2025-ci il ərzində əsas kapitala 382936,8 min manat investisiya yönəldilmişdir ki, bu da keçən ilə nisbətən 48,4 faiz az olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 381594,3 min manatı tikinti quraşdırma işlərinə sərf olunmuş və 2024-cü ilə nisbətən 48,1 faiz azalmışdır.
2025-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin həcmi 1947,4 min manat, o cümlədən inşa, yenidənqurma və bərpa işləri üzrə 1772,7 min manat, sair işlər üzrə isə 174,7 min manat olmuşdur.
***
Kənd təsərrüfatı işlərinin gedişi haqqında. Şuşa rayonu üzrə 2025-ci ilin məhsulu üçün 01 yanvar 2025-ci il vəziyyətinə 1681,6 hektar sahədə əkin işləri aparılmış və onun 926,1 hektarında buğda, 637,8 hektarında arpa, 117,7 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir.
2025-ci ilin məhsulu üçün yazlıq əkinlər də aparılmış və 32,0 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 35,5 hektar sahədə yazlıq yonca və 43,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (33,5 hektar qarpız, 10,0 hektar yemiş) əkilmişdir.
Beləliklə, 2025-ci ilin məhsulu üçün 1864,8 hektar əkin sahəsi mövcud olmuşdur. Əkin sahələrinin 1681,6 hektarı payızlıq, 113,0 hektarı yazlıq və 70,2 hektarı isə keçən illərdən qalmış yonca sahəsi olmuşdur.
Bundan başqa rayonda 11,5 hektar bağ sahəsi vardır.
2025-ci il ərzində 926,1 hektar buğda sahəsindən 2387,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 333,2 ton və ya 16,2 faiz çox olmuşdur. Keçən il hər hektara məhsuldarlıq 20,0 sentner olduğu halda, 2025-ci ildə 25,8 sentner olmuşdur.
2025-ci il ərzində 637,8 hektar arpa sahəsindən 1496,6 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 39,7 ton və ya 2,7 faiz çox olmuşdur. Keçən il hər hektara məhsuldarlıq 19,0 sentner olduğu halda, 2025-ci ildə 23,5 sentner olmuşdur.
2025-ci il ərzində 2,0 hektar kartof sahəsindən 33,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 69,3 ton və ya 67,7 faiz az olmuşdur. Keçən il hər hektara məhsuldarlıq 157,4 sentner olduğu halda, 2025-ci ildə 165,0 sentner olmuşdur.
2025-ci il ərzində 32,0 hektar tərəvəz sahəsindən 671,4 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 409,3 ton və ya 37,9 faiz az olmuşdur. Keçən il hər hektara məhsuldarlıq 202,0 sentner olduğu halda, 2025-ci ildə 209,8 sentner olmuşdur.
2025-ci il ərzində 43,5 hektar ərzaq üçün bostan bitkiləri sahəsindən 886,3 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 719,0 ton və ya 44,8 faiz az olmuşdur. Keçən il hər hektara məhsuldarlıq 175,4 sentner olduğu halda, 2025-ci ildə 203,7 sentner olmuşdur.
2025-ci il ərzində 117,7 hektar yonca sahəsindən 465,0 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 19,4 ton və ya 4,4 faiz çox olmuşdur. Keçən il hər hektara məhsuldarlıq 44,3 sentner olduğu halda, 2025-ci ildə 44,0 sentner olmuşdur.
2025-ci il ərzində 11,5 hektar meyvə bağı və onun hamısı bar verən yaşda olmuşdur. Meyvə bağlarından 77,5 ton məhsul əldə edilmiş, hər hektara məhsuldarlıq 67,4 sentner olmuşdur.
***
01 yanvar 2026-cı il vəziyyətinə rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 4681 baş iri buynuzlu mal-qara, o cümlədən 2262 baş inək və camış, 26804 baş qoyun və keçi mövcud olmuşdur.
01 yanvar 2026-cı il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal qaranın sayı 595 baş və ya 11,3 faiz, o cümlədən inək və camışların sayı 247 baş və ya 9,8 faiz, qoyun və keçilərin sayı isə 4564 baş və ya 14,5 faiz az olmuşdur.
2025-cü il ərzində ət istehsalı 14600,0 sentner (diri çəkidə), süd istehsalı 19720,0 sentner, yumurta istehsalı 905,0 min ədəd, yun istehsalı isə 350,0 sentner olmuşdur. Keçən ilə nisbətən ət istehsalı 9608,0 sentner və ya 2,9 dəfə artmışdır. Süd istehsalı 693,0 sentner və ya 3,4 faiz, yumurta istehsalı 7,0 min ədəd və ya 0,8 faiz, yun istehsalı isə 130,0 sentner və ya 27,1 faiz az olmuşdur.
2025-ci il ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 16522,4 min manat və ya əvvəlki illə müqayisədə 66,2 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 13287,2 min manatını heyvandarlıq, 3235,2 min manatını bitkiçilik məhsulları təşkil etmişdir.
Nəqliyyat və anbar təsərrüfatı
2025-ci il ərzində nəqliyyat və anbar təsərrüfatı sahəsində məhsul buraxılışının həcmi 1232,3 min manat və ya keçən illə müqayisədə 44,9 faiz çox olmuşdur.
2025-ci ildə avtomobil nəqliyyatı ilə 91,0 min ton yük, 1171 min sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınması 4,6 faiz, sərnişin daşınması isə 5,7 faiz artmışdır.
İnformasiya və rabitə
2025-ci ildə Şuşa rayonu üzrə informasiya və rabitə xidmətlərinin həcmi 140,0 min manat və ya keçən illə müqayisədə 21,2 faiz az olmuşdur.
Ticarət; nəqliyyat vasitələrinin təmiri
2025-ci il ərzində ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində məhsul buraxılışının həcmi 4858,8 min manat və ya keçən illə müqayisədə 4,9 faiz çox olmuşdur.
Hesabat dövründə rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 15183,6 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 5000,8 min manat olmuşdur ki, ondan 4545,7 min manatı hüquqi şəxslərdə, 455,1 min manatı isə fiziki şəxslərdədir. Əvvəlki ilə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 4,9 faiz artmış, ödənişli xidmətlərin həcmi isə 6,2 faiz azalmışdır.
Muzdlu işçilər və əməkhaqqı
Şuşa rayonunda 01 yanvar 2026-cı il tarixinə 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhalinin 72,1 faizini iqtisadi fəal əhali təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 93,4 faiz olmuşdur.
2025-cİ il ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2475 nəfər, onlara hesablanmış əməkhaqqı fondu 29098,2 min manat, orta aylıq nominal əməkhaqqı 979,7 manat təşkil etmişdir. Ötən il orta aylıq nominal əməkhaqqı 907,5 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı ötən ilə nisbətən 8,0 faiz artmışdır.
Yeni iş yerləri
2025-cİ il ərzində 85 vahid yeni iş yeri açılmışdır ki, onların da hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 37-si mövcud müəssisə və təşkilatlarda, 20-si fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 28-i isə yeni yaradılmış müəssisə və təşkilatlarda açılmışdır.
Demoqrafik vəziyyət haqqında
Şuşa rayonunun ərazisi 290,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 87 nəfər təşkil edir.
2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə Şuşa rayonunun əhalisinin sayı 25,3 min nəfər olmuşdur. Doğulanların sayı 243 nəfər, ölənlərin sayı 130 nəfər, təbii artım 113 nəfər olmuşdur. Rayon üzrə nikahların sayı 139, boşanmaların sayı 59 olmuşdur.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Rəylər
0 Rəy